İran klublarına Türkiyə qadağası

21 Dekabr 2016 14:37 (UTC+04:00)

İranın İdman Nazirliyi bütün idman federasiyalarına Türkiyəyə komanda və idmançı göndərmələrini qadağan edib.Movqe.az goal.az-a istinadən  xəbər verir ki, İranın Ankaradakı səfirliyinin rəsmi saytı qərarın Türkiyədəki mövcud vəziyyət və təhlükəsizlik məsələləri lə bağlı qəbul edildiyini yazıb. İran vətəndaşlarına zərurət olmadığı halda Türkiyəyə getməmək məsləhət görülüb.