Türk modelin rus səfirin ölümü haqda maraqlı sualı

21 Dekabr 2016 14:56 (UTC+04:00)

Model Tuğçe Kazaz Türkiyədə Rusiya səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı paylaşım edib.

Movqe.az milli.az-a istinadən bildirir ki, səfiri öldürən polisin güllələnməsini müzakirəyə çıxaran Tuğçe yazıb:

"Məni narahat edən Karlova sui-qəsd edərək öldürüləcəyini bilən qatil deyil, onu canlı tutmaq əvəzinə öldürən əməliyyatçılardır".

Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu  və digər siyasət adamları da qatilin öldürülməsinin doğru olmadığını bildirmişdilər.