Sumqayıtda "vaqon" yanıb

21 Dekabr 2016 17:47 (UTC+04:00)

Gündüz saatlarında Sumqayıtda yanğın faktı qeydə alınıb.

Movqe.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan vaqon tipli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.