İtaliya sahillərində 7 miqrant dənizdə batıb

22 Dekabr 2016 09:50 (UTC+04:00)

Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 300-ə yaxın miqrant xilas olunub.

“İnterfaks” agentliyinin xəbərinə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Son sutka ərzində həmçinin dənizdə batan 7 miqrantın meyiti aşkarlanıb.

Dekabrın 1-ə olan məlumata əsasən, ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 170 min miqrant və qaçqın gəlib.