Narkotik alverçisi edam olunub

24 Yanvar 2013 11:55 (UTC+04:00)

İranın Şəhrud şəhərindəki həbsxanadabu gün səhər51 yaşlı narkotik alverçisi edam olunub.

Bu barədə Şəhrud şəhər müstəntiqi Əmir Rza Hacı Holami məlumat verib.

Onun sözlərinə görə, narkotik alverçisi tutularkən üzərindən 1 kq 94 q narkotik maddə "crack" tapılıb. Sözügedən şəxsə Şəhrudun İslam İnqilabi Məhkəməsi tərəfindən edam hökmü verilib. Adıçəkilən iş barəsdə appelyasiya şikayəti İranın amnistiya və əfv məhkəmə komissiyası tərəfindən rədd edilib.