Ruhani Ermənistandan Qazaxıstana getdi

22 Dekabr 2016 11:40 (UTC+04:00)

Ermənistana səfərini başa vuran İran prezidenti Həsən Ruhani Qazaxıstana rəsmi səfərə yola düşüb.

Movqe.az-ın “kazinform”a istinadən yaydığı məlumata görə, səfər çərçivəsində İran prezidenti qazax həmkarı Nursultan Nazarbayevlə danışıqlar aparacaq.

İki ölkə arasında əməkdaşlıq barədə sənədlərin imzalanması və yüksək vəzifəli nümayəndə heyətlərinin görüşü də planlaşdırılıb.