İnstitut direktoru: "Bakının əhalisi 2035-ci ildə 4 mln. nəfərə çatacaq"

22 Dekabr 2016 12:10 (UTC+04:00)

"Bakı şəhərinin bütün inzibati ərazisini, yəni onun 12 rayonunu və ətraf 55 qəsəbəsini əhatə edən baş planı ilk dəfə hazırlanır". Movqe.az xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib. Onun sözlərinə görə, plana əsasən Bakının əhalisinin sayının 2035-ci ilə qədər 4 mln. nəfərə çatacağı gözlənilir. Planda həmin əhalinin Ələtdən tutmuş Pirallahıya qədər yerləşməsi, məşğulluğu, gələcək inkişafla bağlı bütün perspektivlərinin təmin olunmasını əhatə etməyə çalışmışıq", - deyə direktor əlavə edib.

Sosial səhifələrdə paylaş