Rusiyalı səfiri öldürənin saxlanılan qohumları azadlığa buraxıldı

22 Dekabr 2016 13:50 (UTC+04:00)

Ankara prokurorluğu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilinin altı nəfər qohumunu azadlığa buraxıb.

“CNN Turk” xəbər verir ki, Mövlut Mert Altıntaşın qohumları dindirildikdən sonra azadlığa buraxılıblar. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Altıntaşın anası, bacısı, iki dayısı və dayısı arvadının həbsi üçün heç bir əsas yoxdur. Onlardan şahid qismində ifadə alınıb.