İsmayıllıda etiraz aksiyası yenidən başladı

24 Yanvar 2013 12:16 (UTC+04:00)
Bu gün İsmayıllı rayonunun bir qrup sakini yenidən etiraz aksiyası keçirib. BunuTrend-ə İsmayıllı rayon icra başçısının birinci müavini Rəfael Əhmədovbildirib.

Onun sözlərinə görə, aksiya zamanı sakinlər polislərə daş atıblar. Əhmədov bildirib ki, aksiya dağıdılıb.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllıda baş verən kütləvi münaqişə ilə bağlı birgə məlumatında bildirilir ki, yanvarın 23-də saat 21:30 radələrində İsmayıllı şəhərində "Çıraq" otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.