Erməni deputatdan etiraf: `Ölkə böhran içindədir`

22 Dekabr 2016 22:00 (UTC+04:00)

On bir ay ərzində Ermənistanda 0,6% iqtisadi artım qeydə alınıb ki, bu son illər üçün ən pis göstəricidir. AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunu Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib. 

Onun sözlərinə görə, parlamentin növbədənkənar keçirilən iclasında gündəliyə üç məsələ daxil edilib ki, bu Ermənistanın dövlət borcunun daha 180 milyon dollar artması ilə nəticələnə bilər. 

“Yeri gəlmişkən alınan iki kredit büdcə problemlərinin aradan qaldırılmasına yönəldiləcək. Bu kreditlər büdcə probleminin həllinə yönəlib. Bu halda soruşaq istəyirəm, biz nə edirik? Bu hökumətin konsepsiyası nədir? İqtisadiyyatımızda 0 dərəcədə artım var, lakin biz 180 milyon dollar dəyərində kredit götürürük. Bununla da dövlət borcumuzu artırırıq. Biz bu pulları götürürük, lakin gələcəkdə nə edəcəyimiz barədə düşünmürük”, - deyə erməni deputat bildirib. 

Zurabyan vurğulayıb ki, büdcəni doldurmaq üçün vergi bazasının genişləndirmək deyil, əksinə proqramlar hazırlamaq və realizə etmək lazımdır.