Beyons Obamanın andiçmə mərasimində fonoqramla oxuyurmuş
24 Yanvar 2013 14:31 (UTC+04:00)
ABŞ prezidenti Barak Obamanın andiçmə mərasimində Amerika himnini
oxuyan Beyons ətrafında qalmaqal yaranıb. Müğənninin himni canlı
deyil, fonoqramla oxuduğu barədə şayiələr yayılıb.
Beyonsu müşayiət edən "ABŞ Hərbi-Dəniz Qüvvələri Orkestri"nin
mətbuat katibi son anda Beyonsun fonoqramla oxuyacağının
bildirildiyini deyib. Mətbuat katibi bunu Beyonsun əvvəlcədən
orkestrlə məşq etmək imkanının olmaması ilə izah edib.
Müğənninin rəsmi nümayəndəsi isə bu məlumatlara şərh verməyib. "New
York Times" qəzeti isə Obamanın andiçmə mərasiminin canlı olduğunu,
buna görə də dövlət himninin canlı oxunmalı olduğunu yazıb.