Nazpərinin özəl günü: "Xoşbəxtəm..."

23 Dekabr 2016 20:00 (UTC+04:00)

Bu gün xalq artisti Nazpəri Dostəliyevanın ad günüdür. 

Movqe.az axşam.az-a istinadən bildirir ki, bölüşən müğənni xoşbəxt olduğunu deyib:

"Hələ də təbriklər alıram. Ad günümü Zaur Kamalın "5/5" verilişində qeyd edəcəm. Bütün ürək sözlərimi orada deyəcəm. Çox xoşbəxtəm. Mənim sizlər kimi sevənlərim var. Pərəstişkarlarımın sevgisi məni yaşadır, mahnılarımı sevdirir. Bu istəyə görə Allahıma təşəkkür edirəm".

Qeyd edək ki, N.Dostəliyeva 1960-cı ildə Bakıda anadan olub. Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. dünyanın bir çox yerində konsertlər verib. İki oğlan övladı var.