Əməliyyatla qadına çevrilən transın inanılmaz dəyişimi - FOTOLAR

26 Oktyabr 2018 15:43 (UTC+04:00)

Kobud üz cizgilərini gizlətmək üçün hər gün 5 saat makiyaj etməyə məcbur olan 20 yaşlı transeksual estetik əməliyat etdirməyə qərar verib.
Movqe.az xpublika.az- a istinadən xəbər verir ki, kobud üz cizgilərini gizlətmək üçün makiyaja gündə 5 saat ayırdığını deyən Stef paylaşdığı fotolarda da fotoşopdan istifadə edib.
Özünü kifayət qədər gözəl hesab etməyən kanadalı transeksual sonda estetik cərraha müraciət edib. “Daily Mail”-in verdiyi xəbərə görə, əməliyyatlara 45 min dollar xərcləyən 20 yaşlı trans “Youtube” kanalında əvvəlki və sonrakı hallarını paylaşıb.
Əməliyyat vasitəsi ilə onun kobud üz cizgiləri tipik qadın üz xətlərinin ölçüsünə və formasına yaxınlaşdırılıb