Keçmiş “First lady”nin albomu işıq üzü görəcək
24 Yanvar 2013 15:22 (UTC+04:00)
Movqe.Az bildirir ki, Fransanın keçmiş
prezidenti Nikolya Sarkozinin həyat yoldaşı yenidən yaradıcılıqla
məşqul olmağa başlayıb. Karla Bruni yeni albom çıxardır. Diski
"Little French Songs" adlandırıblar. Disk demək olar ki, tamamile
hazırdı və onun təqdimatı ən yaxın bir neçə ay içərisində olacaq.
Əslində disk 2011-ci ildə çıxmalı idi, amma Karla albomunun seçki
qabağı kompaniya ilə üst-üstə düşməsini istəməyib. Bundan əlavə,
Bruninin səsyazma şirkəti ilə də problemləri olub. Karla ümid edir
ki, tənqidçilər onun Fransanın keçmiş birinci xanımı olmasını
kənara qoyub, işinin peşəkar keyfiyyətlərini qiymətləndirəcəklər.