Amerikalıların əcdadı Çinli olub?

24 Yanvar 2013 15:17 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Amerika yerlilərinin əcdadlarının 40 min il əvvəl Çində yaşadığı meydana çıxıb. Çinin paytaxtı Pekindəki Tianyuan Mağarasında olan bir sümüyün DNT quruluşunu araşdıran Maks Plank Təkamüllü Antropoloji İnstitutu genetik analizlər nəticəsində Amerika yerlilərinin mənşəyinin Pekində 40 min il əvvəl yaşayan insan cəmiyyətlərinə əsaslandığını müəyyən edib. İnstitut hesabatında, Pekində yaşayan ilk müasir insanların genetik quruluş baxımından Avropalılardan fərqli olduğu qeyd edilib. İnstitut, Pekin yaxınlarındakı Tianyuan mağarasında 2003-cü ildə çatdığı 40 min illik insan qalığını alınan DNT nümunələri üzərində anatomik molekulyar araşdırmalar icra edirdi.