Aşbaz arvadını doğrayıb

24 Yanvar 2013 16:09 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiyanın tanınmış aşbazlarından olan Aleksey Kabanovun "Facebook"da itkin elanı verdiyi arvadı İrinanı boğaraq parçalara ayırdığı meydana çıxıb. Rusiyanın məşhur məkanlarında aşbazlıq edən Aleksey Kabanovun itkin elanı verdiyi, internet vasitəsilə  kömək istədiyi jurnalist yoldaşı İrinanı 2 yanvar gecəsi vəhşicəsinə öldürdüyü meydana çıxıb. Polisə görə 38 yaş Aleksey Kabanov mübahisə etdiyi İrinanı öldürdükdən sonra çörək bıçağıyla cəsədini parçalara ayırıb. Kabanov, arvadının parçalanmış cəsədini plastik paket içərisində evlərinin balkonunda saxlayıb. Polis 11 yanvar evə əməliyyat təşkil edib. Nəzarətə alınan Aleksey Kabanov, 15 ildən çox həbs cəzası ala bilər. Jurnalist aktyorların getdiyi məşhur restoranlarda çalışan Kabanov "Facebook"dan "Dostlar, kömək edin, arvadım İrina itkin düşüb" mesajları atmışdı.