Bakıda çoxmərtəbəli binada yanğın olub

26 Dekabr 2016 09:00 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli binanın zirzəmisində yerləşən elektrik şitində 10 ədəd elektrik açarı və 2-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 134 m2 olan 3 otaqlı mənzilin eyvanında istilik sistemi (kombi) qismən yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 19:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.