Alman şəhərində nəhəng bomba tapıldı - FOTO

26 Dekabr 2016 11:55 (UTC+04:00)

Almaniyanın cənubundakı Auqsburq şəhərində 54 min insan təxliyə olunub. Səbəb şəhərin mərkəzində İkinci Dünya Savaşından qalma aviabombanın aşkarlanmasıdır.

Movqe.az milli.az-a istinadən bildirir ki, 1,8 ton ağırlığındakı aviabombanı Britaniyanın bombardmançı təyyarəsi 1994-cü ildə şəhərə atmışdı. Həmin bombardman nəticəsində Auqsburq, demək olar ki, viran qalmışdı.

İkinci Dünya Müharibəsində kütləvi bombardmanlara məruz qalmış Almaniyada sürəkli olaraq partlamamış bombalar tapılır.

2011-ci ilin dekabrında Almaniyanın qərbindəki Koblens şəhərində İkinci Dünya Müharibəsindən sonra bombanın zərərsizləşdirilməsi ilə bağlı ən böyük əməliyyat keçirilmişdi. O zaman Reyn çayında iki mərmi tapılmışdı.

Auqsburqdakı təlxiyə isə müharibədən sonrakı ən böyük əməliyyatdır.