“Tank” ləqəbli kikboksçumuz 2016-cı ili dəyərləndirdi

26 Dekabr 2016 13:45 (UTC+04:00)

Movqe.az goal.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü,nüfuzlu beynəlxalq yarışların qalibi “Tank” ləqəbəli peşəkar kikboksçu Xəyal Əhmədov ilin yekunları ilə bağlı fikirlərini şərh edərkən bildirib. “İdmançı kimi 2016-cı ili fəaliyyətim üçün məhsuldar adlandırardım. Bu ilin mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilən K-1 versiyası üzrə beynəlxalq turnirdə uğurlu qələbə qazandım. Noyabr ayınında 6-da Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnirdə rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəldim birinci raundda Cioran Apuyepyanı nokauta saldım. Qarşıda daha bir yarışımız gözlənilir. 2017-ci ilin mart ayının 25-də Almaniyanın Frankfurt şəhərində peşəkar yarışda iştirak edəcəm”.