Aqrar Universitetdə "Mənim Prezidentim Mənim Qürurum" adlı inşa müsabiqəsi keçirilib

26 Dekabr 2016 15:15 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetində “Mənim prezidentim mənim qürurumdur” mövzusunda inşa müsabiqəsi keçirilib. 
 
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə müsabiqədən əvvəl ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bütün fakültələrdən olan birinci kurs tələbələrinə Azərbaycanın dünya dövlətləri arasında tutduğu şərəfli yerdən, sabitlik və əmin-amanlıqdan, prezident İlham Əliyevin siyasi və iqtisadi kursunun əhəmiyyətindən danışıb, hər bir tələbəyə fikirlərini ifadədə etməkdə uğur arzulayıb.  Rektor onu da bildirib  ki, ölkədə siz gənclər üçün bütün şərait yaradılıb və gənclik hər bir dövlətin gələcəyidir. Sizə yaradılan şərait ilk növbədə dövlətin gələcəyinə təminat, idarəetmənin zaman-zaman gəncləşməsinin təsdiqidir. Elə bu səbəbdən də Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilib. Həqiqət budur ki, indi Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
 
Artıq ənənə şəklini alan müsabiqələr isə ilk olaraq tələbələrin sərbəst düşüncəsinin ifadəsinə təminat verib. Məqsəd həm də müasir gəncliyin düzgün, vətənpərvər ruhda formalaşmasına kömək, onların ideya-siyasi dünya görüşünə töhfələr verməkdir. Bu gün keçirilən və bütün fakültə və ixtisaslar üzrə 1-ci kurs tələbəsinin iştirak etdiyi müsabiqədə də tələbələr nəyə qadir olduqlarını sübut edib.
 
Müsabiqədən əvvəl monitorlarda prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən  slaydın nümayişi isə bir növ tələbələrin inşanı yazmazdan əvvəl yaddaşının təzələnməsinə kömək, təqdim edilən mövzuya aid istiqamət xarakteri daşıyıb. 
 
Qeyd edək ki, müsabiqədə qaliblər üçün 3 yer nəzərdə tutulub və bu yerləri tutan tələblərin mükafatlandırılmasına qərar verilib.
Əlihüseyn ŞÜKÜROV.