Mingəçevirdə yanğın olub

26 Dekabr 2016 16:53 (UTC+04:00)

Mingəçevirdə yanğın faktı qeydə alınıb. Movqe.az-a  Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə ikimərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin bir otağında tüstü bacasının ətrafı 5 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.