Yapışıq ekizlər ayrıldı

24 Yanvar 2013 23:04 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiyanın Altay bölgəsində bitişik əkizlər müvəffəqiyyətli bir əməliyyatla ayrılıb. Yeni doğulan körpələrin həkimi Yulia Miller, "Əməliyyat çox uğurlu keçdi. Əkizlərin sağlamlıq vəziyyəti çox yaxşıdır. İndi anaları ilə birlikdədirlər. "deyib. Eveline Violetta adları verilən qızların tək qaraciyəri paylaşdıqları qarın bölgəsindən birləşmiş olduqları ifadə edilib. Böyük bir qrupun reallaşdırdığı əməliyyat 1,5 saat davam edib. Əməliyyat, Sovet hökümətinin dağılmasından bu yana müvəffəqiyyətli keçən dördüncü yapışıq əkiz əməliyyatı olaraq qeydlərə keçib. Həkimlərə görə ayrılan əkiz körpələr 10 gün içində xəstəxanadan çıxarıla biləcək.