Suriyada İŞİD-in 158 hədəfi məhv edildi

27 Dekabr 2016 11:25 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" antiterror əməliyyatı davam edir.

Movqe.az-ın verdiyi məlumata görə, əməliyyat çərçivəsində Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasının 158 hədəfi məhv edilib.

Həmçinin 13 terrorçunun zərərsizləşdirildiyi bildirilir./trend/