"Qarabağ"ın istirahət planı açıqlandı

27 Dekabr 2016 12:10 (UTC+04:00)

Ölkə kubokunun ¼ final mərhələsində “Sumqayıt”la oyundan sonra “Qarabağ” istirahətə buraxılıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan Premyer Liqasının III dövrənin hazırlıqlarına Antalyada start verəcək. Yanvarın 5-də səfərə yollanacaq “Qarabağ” “IC Santaı” otelində məskunlaşacaq. “Qarabağ” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədir:

15 yanvar 2017

17:00. “Qarabağ” – “Aşqabad” (Türkmənistan)

18 yanvar 2017

18:00. “Qarabağ” – “Styaua” (Buxarest)

22 yanvar 2017

15:30. “Qarabağ” – “Atırau” (Qazaxıstan)

17:30. “Qarabağ” – “Termalitse” (Polşa)