6.000 bank işçisi işsiz qalacaq

24 Yanvar 2013 17:19 (UTC+04:00)
Movqe.Az bildirir ki,  Almaniyanın ikinci böyük bankı "Commerzbank" xərcləri aşağı çəkmək və fərdi bankçılığı canlandırmaq məqsədi ilə 2016-cı ilə qədər işçilərinin 12 faizini işdən çıxarmağı planlaşdırır. Bank tərəfindən verilən məlumata görə, tam ştatlı işləyən mövqelərdə 4000-6000-ə qədər adamın işinə son veriləcəyi, bu rəqəmin fevral ayında icra ediləcək danışıqlarda dəqiqləşəcəyi bildirilib. Qrup olaraq hələ də 56.000 adama məşğulluq təmin edən "Commerzbank"da tam ştatlı işçilərin sayı 49,000-dir. Digər Avropa bankları kimi "Commerzbank" da aşağı faiz dərəcələri, daha möhkəm bank qaydalarının tətbiqi artan xərclər və avro bölgəsindəki böhranla bağlı olaraq riskdən qaçan müştərilər səbəbiylə çətin bir dövr keçirir.