"Azercell" şirkətdə 20 il çalışan işçilərini mükafatlandırdı (FOTO)

15 Dekabr 2016 17:07 (UTC+04:00)

Azərbaycanın aparıcı mobil operatoru, milyonlarla abunəçinin etibarını qazanmış "Azercell Telekom" MMC 20 illik yubileyi münasibəti ilə şirkətdə ilk gündən çalışan işçiləri üçün görüş təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, 20 il əvvəl – 1996-cı il dekabrın 15-də "Azercell" Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. Bununla da ölkənin mobil telekommunikasiya sektorunun tarixində tamamilə yeni keyfiyyət səhifəsi açılmış oldu.

Görüş zamanı "Azercell"-in prezidenti Vahid Mürsəliyev çıxış edib, şirkətin 20 ildə keçdiyi yola qısa nəzər salaraq indi gəlib çıxdığı səviyyəni dəyərləndirib. Qeyd edib ki, "Azercell" təqdim etdiyi xidmətlər sayəsində öz abunəçilərinin hər kəsdən və hər zaman bir addım irəlidə olmasını təmin etməkdə israrlıdır: “Hazırda beynəlxalq şirkətin bir hissəsi olan Azercell nəinki ölkənin, ümumilikdə regionun qabaqcıl mobil operatorudur. Biz bu mövqeyə gəlib çatmaq, müştərilərimizin sonsuz etibarını qazanmaq üçün çox işləmişik. Abunəçilərimizə qarşı dürüst olmuşuq, onlara hörmətlə yanaşmışıq. ​Əminəm ki, dəyərlərimizə və biznes prinsiplərimizə sadiq qalaraq, bundan sonra da öncüllüyümüzü qoruyub saxlayacaq, daha da inkişaf edəcəyik”.

V.Mürsəliyev şirkətin yarandığı gündən "Azercell"-də işləyən, 20 ildir burada əmək sərf edən əməkdaşları da mükafatlandırıb. Onlara xatirə hədiyyələri, sertifikatlar təqdim olunub, gələcək işlərində daha böyük uğurlar arzulanıb. "Azercell" prezidenti qeyd edib ki, istənilən şirkətin uğur qazanmasında ən başlıca faktor onun peşəkar komandasının mövcudluğu, əməkdaşlarının işə məsuliyyətli yanaşması ilə bağlıdır. Bu baxımdan "Azercell"-in bəxti gətirib, çünki məhz sadiq əməkdaşları sayəsində "Azercell" indiki lider mövqeyə gəlib çata bilib. Hazırda "Azercell"-in peşəkar işçiləri digər şirkətlərdə təlimlər keçir, xarici ölkələrdə işləyirlər. Eyni zamanda, "Azercell" rəhbərliyi də öz işçilərinin səylərini yüksək qiymətləndirir. Yubiley yığıncağında Azercell-in departament direktorları, aparıcı əməkdaşları iştirak ediblər.

"Azercell" yeni nəsil telekommunikasiya şirkəti kimi daim öndə olmağı, hər kəsin etibar etdiyi operator kimi qalmağı, daha yeni yüksəklikləri fəth etməyi hədəfləyir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər "Azercell"-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə "Azercell" ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.