11 evi qarət etmiş dəstə zərərsizləşdirildi

27 Dekabr 2016 12:33 (UTC+04:00)

Sumqayıtda 11 evi qarət etmiş dəstə üzvləri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Elvin Nəsrullayevin ətrafında Sumqayıt ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri, əvvəllər məhkum olunmuş Hikmət Fərəcov, Həsən Mehdiyev, Qəmbər Məmmədov və Asim Abbasovla birgə oktyabrın 22-dən dekabrın 7-dək olan müddətdə şəhər ərazisindəki 11 evdən və 1 qarajdan təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Fərəcov, H.Mehdiyev, Q.Məmmədov və A.Abbasov da tutulublar.