XATİRƏ: "2017-ci ildə özümə söz verirəm, kimliyindən asılı olmayaraq ..."

27 Dekabr 2016 12:53 (UTC+04:00)

"Hər şey daxil" verilişində qonaq olan müğənni Xatirə İslam özünə qadağa qoyub.

Movqe.az  xəbər verir ki, 17 ildir səhnədə olan sənətçi bundan sonra evində çəkiliş etməyəcəyini bildirib:

"Mən evdə çəkiliş etməyi sevmirəm. Amma elə aparıcılarımız var ki, onlardan keçə bilmirəm. 2017-ci ildə özümə söz verirəm, kimliyindən asılı olmayaraq daha evimdə çəkiliş etməyəcəm. Bir də görürsən biri yazır ki, bu nə divar kağızıdır, uşağın geyiminə bax"./big.az/