Şimali Koreya: "Əsl hədəfimiz ABŞ-ı vurmaqdır"

24 Yanvar 2013 16:51 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Şimali Koreya rəhbərliyi keçirdikləri uzun mənzilli mərmi sınaqlarının əsl məqsədinin ABŞ-ı vurmaqolduğunu açıqlayıb. Tez-tez etdiyi uzun mənzilli mərmi raket sınaqları ilə dünya gündəmindən düşməyən Şimali Koreya sərt şərhlər verib. İndiyə qədər etdiyi bütün peyk atışı sınaqları ilə uzun mənzilli mərmi sınaqlarının əsl məqsədinin ABŞ-ı vurmaq olduğunu söyləyən Şimali Koreyanın bu sərt şərhi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMGK) əks sanksiya qərarları çıxmasından dərhal sonra olması diqqət çəkib. Şimali Koreya Milli Təhlükəsizlik Şurasının bildirişlərində, "Qarşıda inişaf etdirəcəyimiz bütün uzun mənzilli mərmilər keçirəcəyimiz peyk atma təcrübələrində, hətta daha yüksək səviyyədə edəcəyimiz nüvə sınaqlarının hədəfinin ABŞ olduğu reallığını sgizlətmirik." deyib. Şimali Koreya Milli Təhlükəsizlik Şurasının Bəyannaməsindən sonra "ABŞ-ın nüvə silahları başda olmaqla bütün dünyanın nüvə silahlardan imtina edəcəyi təqdirdə Koreya yarımadası da nüvə silahlarının istehsalından əl çəkəcək.  Bu xalqımızın ordumuzun qərara gəldiyi son fikirdir".