"Canlı bomba"nı bazarda parçaladılar - FOTOLAR

27 Dekabr 2016 14:55 (UTC+04:00)

Nigeriyanın Mayduquri bölgəsindəki Kasuvay şəhərində yerləşən "Kasuvay Şanu" davar bazarında ikinci terror partlayışının qarşısı alınıb. Bazardakı kütlə "canlı bomba" olan qadını döyərək öldürüb.

Movqe.az  bildirir ki, "Boko Haram" qruplaşmasının mənsubu olduğu güman edilən "canlı bomba" bazardakı insanların vaxtında duyuq düşmələri səbəbindən üzərindəki partladıcı qurğunu işə sala bilməyib.

Bazardakı insanlar polisin gəlişini gözləməyiblər.

"Onlar terrorçu qadını parçaladılar", - polisin açıqlamasında deyilir.

Nigeriyanın Borno vilayətindəki Mayduquri bölgəsində olan mal-qara bazarında dünən "canlı bomba" özünü partladıb. Partlayışda "canlı bomba" həlak olub, bir neçə nəfər yaralanıb./milli.az/

"Canlı bomba"nı bazarda parçaladılar - FOTOLAR
"Canlı bomba"nı bazarda parçaladılar - FOTOLAR
"Canlı bomba"nı bazarda parçaladılar - FOTOLAR