"Sony"-yə "Playstation" cəzası

24 Yanvar 2013 17:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, 2011-ci ildə "Playstation" istifadəçilərinin məlumatlarının iki dəfə oğurlanması səbəbi ilə yapon texnologiya şirkəti "Sony"-nin Avropa mərkəzinə İngiltərədən cəza verilib. İngilis müstəqil məlumat yoxlama mərkəzi "The Information Commissioner`s Office" (ICO) şirkətə 250 min sterlinq pul cəzası kəsib. İCO, aprel ayı 2011-ci ildə kompüter piratlarının "Sony"-yə etdiyi hücumun qarşısını ala biləcəyini irəli sürüb. Sony, 2011-ci ildə aprel və may aylarında iki dəfə pirat hücuma məruz qalıb. Hücumlarda 100 milyona yaxın "Playstation" istifadəçisinin adı, ünvanı, e-poçt adresi, telefonu, doğum tarixi və kredit kartı məlumatlarının ələ keçirildiyi irəli sürülüb. İlk hücumdan sonra "Sony", problemi vaxtında müəyyən etmədiyi üçün istifadəçilərdən üzr istəyib və pulsuz oyun təklif edib. Təhlükəsizliyin təsbit edilməsiylə birlikdə "Sony Online Entertainment" kompüter oyunları şəbəkəsinə çıxışı bir ay qədər dayandırıb.