Akademik Vadim Pokrovski: “Rusiyada 1,5 milyon insan QİÇS virusunun daşıyıcısıdır”

27 Dekabr 2016 17:36 (UTC+04:00)

 "Rusiyada 1,5 milyon nəfərdə QİÇS (Qanda İmmun Çatışmazlığı Sindromu) virusu aşkarlanıb. Onların hamısı virus daşıyıcısıdır".
Movqe.az report-a istinadən xəbər verir ki, bunu akademik Vadim Pokrovski Rusiya Elmlər Akademiiyası Rəyasət Heyətinin iclasında bildirib.
“Rusiyada QİÇS-dən ümumilikdə 240 min nəfər ölüb və 1,5 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Yolxucu xəstəliklərdən ölümün başlıca səbəbi QİÇS-dir” - akademik vurğulayıb.
Onun sözlərinə görə, Rusiyada bu virusa yoluxanların sayı artmaqda davam edir. 
V.Pokrovski deyib ki, dünya üzrə QİÇS-dən 50 milyon insan ölüb, 36 milyon nəfər isə bu virusun daşıyıcısıdır.