Dünyada bir ilk
24 Yanvar 2013 17:47 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərənin
paytaxtı Londondakı
"University College London"
dəri xərçəngi səbəbiylə
burnunu itirən,
adının açıqlanmasını
istəməyən bir iş
adamının qolunda yeni
bir burun inkişaf
etdirilir. Dünyada
bir ilkə imza
atdıqlarını söyləyən Prof.
Alex Seifalian, "Hər şey
yolunda gedərsə burun,
56 yaşlı xəstənin
üzünə tikiləcək. Yeni
burnu da köhnəsinə
bənzəyəcək, köhnəsi kimi
burun sümüyü sola
doğru əyri olacaq"
deyib.
Seifalian, müvəffəqiyyətli
olduqları təqdirdə qəzada
burunlarını itirənlər və
yaralı əsgərlərin müalicə
üsulundan yararlana biləcəyini söyləyib.
Xərçəng səbəbiylə zərər
görən burnu əməliyyatla
alınan xəstənin yeni
burnunun təməli,
laboratoriyada, kök
hüceyrələrin dayana bilməsi
üçün münasib bal
pətəyinə oxşayan sintetik
bir vəsait istifadə edilərək
atılıb. Bu vaxt,
xəstənin qol dərisi,
kiçik bir şarın
köməyiylə genişləndirilərək
burnun yerləşdirilməsi üçün
uyğun hala gətirilib.
Dəri altına şarın
yerinə qoldakı damar
və sinirlərlə uyğunlaşma
təmin etməsi, dəriylə
örtülməsi üçün burun
yerləşdirilib. Seifalian, üç
aylıq müddət bitincə
burnu qol dərisinin
altından götürüb yerinə
nköçürəcəklərini, qol
dərisinin qısa müddətdə
normala dönəcəyini
söyləyib.