Dünyanın ən yaxşı futbolçusu müəyyənləşdi

28 Dekabr 2016 12:57 (UTC+04:00)

"Real Madrid"in Portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusu – "Globe Soccer Awards" mükafatına layiq görülüb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Dubay şəhərində baş tutan təqdimetmə mərasimində "Real Madrid" ilin ən yaxşı klubu, 2016-cı ildə Avropa çempionu olan Portuqaliya futbol yığmasının baş məşqçisi Fernandu Santuş ən yaxşı məşqçi, ingilis Mark Klattenburq isə ən yaxşı hakim seçilib.

Bu mükafat 2010-cu ildə Avropa Futbol Agentləri Assosiasiyası və Avropa Klubları Assosiasiyası tərəfindən təsis edilib