Yusif efirdə Xumarı təriflədi, Aygün paxıllıq etdi: "Sən bu gündən ..."- VİDEO

28 Dekabr 2016 14:55 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova bu gün aparıcı Yusif Ağayevin aparıcılığı ilə yayımlanan "10-dan sonra" verilişində qonaq olub. Movqe.az  xəbər verir ki, verilişin sonunda Y. Ağayev "Sabah ecazkar, füsunkar Xumar xanım Qədimova qonağımız olacaq, gözləyin " deyə sabahkı veriliş üçün qonağını təqdim edib. 

Bu sözlərdən əsəbiləşən A. Kazımova aparıcının sözünü ağzında kəsib və aqressiv jestləri ilə diqqət cəlb edib. Hirsi soyumayan xalq artisti "Yusif sən bu gündən danış, sabaha Allah kərimdir ..." deyə, əlavə edib.

Qeyd edək ki, Xumar Qədimova və Aygün Kazımova uzun müddətdir ki, küsülüdürlər. /big.az/