"Yaşlı nəsil ölməyə tələssin"

24 Yanvar 2013 18:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünyanın ən yaşlı əhalisinə sahib olan Yaponiyada maliyyə naziri Tara Asodan müzakirə ediləcək bir təklif gəlib. Yapon nazir, baxımları dövlətə yük olduğu üçün yaşlıların "yaşamağa məcbur olmamaları" lazım olduğunu söyləyib. İllərdir yaşlı əhalinin az qidalanması səbəbiylə iqtisadi durğunluqdan heç cür xilas ola bilməyən Yaponiya, çarəni tapıb. Baş nazir müavini və maliyyə naziri Taro Aso, ölkədə yaşlıların tibbi qulluq üçün xərclənən pullarının dövlətə yük olduğu səbəbiylə qocaların yaşamağa məcbur olmaması lazım olduğunu bildirib. Yaşlıların ölkəyə yük olduğunu söyləyən Aso, vergi ödəyənlərin yükünü yüngülləşdirmək məqsədilə yaşlıların ölməyə tələsməsini tövsiyə edib. Milli Şuranın ictimai təhlükəsizlik islahatları mövzusunda keçən bir konfransda çıxıç edən Aso, "Dövlətə yük olmaqdan nifrət edirəm. Kaş ki ölmək istədiyin zaman yaşamağa məcbur qalmayasan." deyib. Yaponiya, dünyanın ən yaşlı əhalisinə sahib ölkədir. Yaşı 65 və çox olanların cəmi, əhalinin 30 faizini təşkil edir. 2050-ci ildə bu nisbətin artaraq 40 faizə çıxması gözlənilir. Əhali artım sürətinin gedərək düşməsini, yaşlı əhalinin yüksək olmasından qaynaqlanır. 128 milyonluq ölkə əhalisinin yaxın gələcəkdə 95 milyona qədər geriləyəcəyi güman edilir.