Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb

29 Dekabr 2016 14:24 (UTC+04:00)

Bir neçə gün əvvəl baş vermiş qəzanın səbəbləri müəyyən olunanadək Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb.

Movqe.az  məlumat verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəisi, general-leytenant Sergey Baynetov deyib.

Xatırladaq ki, Rusiyada Suriyaya gedən "Tu-154" təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayaraq Qara dənizə düşmüş, nəticədə 92 nəfər həlak olmuşdu.

Bu gün həmin qəza nəticəsində həlak olanlardan 19 nəfərin meyiti sudan çıxarılıb./trend/