Prezident İlham Əliyev və xanımı Uşaq Bərpa Mərkəzinin açılışında iştirak ediblər

29 Dekabr 2016 15:56 (UTC+04:00)

Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Uşaq Bərpa Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. Binada indiyədək əsaslı təmir və yenidənqurma işləri aparılmamışdı. 2015-ci ildə mərkəzdə başlayan yenidənqurma işləri yüksək səviyyədə başa çatıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Uşaq Bərpa Mərkəzində yaradılan şəraitlə tanış oldular.