Dövlət Komissiyası itkin düşmüş hərbi qulluqçu ilə bağlı məlumat yaydı

29 Dekabr 2016 16:11 (UTC+04:00)

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş hərbi qulluqçu ilə bağlı məlumat yayıb.

Dövlət Komissiyasından Movqe.az-a verilən məlumata görə, bu gün Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparılır.

Araşdırmanın nəticəsi barədə ictimayyətə əlavə məlumat veriləcək