Nazirlik Ordumuzun 7 hərbçisinin həlak olması barədə məlumatları təkzib etdi

29 Dekabr 2016 16:05 (UTC+04:00)

"Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur".Bu barədə Müdafiə Nazirliyindən bildirilib.MN-dən bir daha təqdiq ediblər hadisə nəticəsində bir hərbçimiz itkin düşüb."Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb", - deyə MN-dən bildiriblər. (apa)