Rusiya dünya internet şəbəkəsindən təcrid oluna bilər

29 Dekabr 2016 17:55 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin internet üzrə müşaviri German Klimenko bildirib ki, Rusiya özünü dünya internet şəbəkəsindən təcrid edə bilər və buna hazır olmalıdır. Movqe.az  “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, Rusiyanın Rabitə nazirliyi internetin Rusiya seqmentinin tənzimlənməsi barədə qanun layihəsi hazırlayıb. Sənəddə məqsəd Rusiya üçün vacib infrastrukturun qorunmasıdır.

Klimenkonun sözlərinə görə, Qərblə münasibətlər daha da kəskinləşərsə, Rusiya internet şəbəkəsini xarici müdaxilələrdən qorumaq lazım gələcək.

Mənbə xatırladır ki. bu günlərdə Qərb mənbələri Rusiya bank sisteminə irimiqyaslı kiberhücumun ola biləcəyini xəbər vermişdilər.