THY təyyarəsini ildırım vurub

25 Yanvar 2013 10:49 (UTC+04:00)

Türkiyə Hava Yollarının (THY) sərnişin təyyarəsini ildırım vurub.

Göyərtəsində 112 sərnişin ilə İstanbuldan İzmirə uçan təyyarəni ildırım vurub. Təyyarənin sağ mühərriki sıradan çıxıb. Təyyarə İzmirin Ədnan Menderes hava limanında məcburi eniş edib.