Yanvarın 1-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək

30 Dekabr 2016 16:20 (UTC+04:00)

Yanvarın 1-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.APA-nın məlumatına görə, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliklərdə əksini tapıb.Dəyişikliyə əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqları yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslərin siyahısına daxil edilib.