Rusiya və Gürcüstan baş nazirləri bir arada

25 Yanvar 2013 11:36 (UTC+04:00)
Rusiya və Gürcüstan baş nazirləri əl sıxıblar. Dmitri Medvedev və Bidzina İvanişvili İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda tanış olublar. Bu, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələrin kəsilməsindən sonra bu səviyyədə ilk görüş olub.
Bidzina İvanişvilinin sözlərinə görə, onlar Medvedevlə cəmi bir neçə dəqiqə söhbətləşiblər, heç bir ciddi məsələni müzakirə etməyiblər.
Bununla belə, Bidzina İvanişvili bildirib ki, Rusiya rəhbərliyi ilə ünsiyyət imkanının hələ çox olacağına ümid edir. Gürcüstan baş nazirinin sözlərinə görə, onun Moskva ilə dialoqun bərpa edilməsinə dair strateji planı var.