Bir sıra qanunlara dəyişiklik edilib

30 Dekabr 2016 13:49 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında bir sıra qanunlara dəyişiklik layihələrini müzakirərə çıxarılıb. Movqe.az -ın xəbərinə görə, bunlar "Təhsil haqqında", “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", Nəşriyyat işi haqqında", "Lotereyalar haqqında" qanunlarıdır.

Dəyişiklik layihələri ilə bağlı Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib. Dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.