Polis partlayıcı oyuncaqları müsadirə etdi

30 Dekabr 2016 14:10 (UTC+04:00)

Yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı oyuncaqlar müsadirə edilib. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən Bakı şəhər sakini Xəlil Məhərrəmovdan 36 ədəd yüksək səsyayıcı xüsusiyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.