Rusiya hökuməti ABŞ sanksiyalarına cavab olaraq Moskvada fəaliyyət göstərən Anqlo-Amerika məktəbini bağlamaq haqqında qərar verib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı CNN televiziyası özünün etibarlı mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, bu məktəbdə ABŞ, Kanada və Britaniya diplomatlarının övladları təhsil alırlar.
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına Rusiyanın Baş Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti də düşüb. Bundan başqa, Vaşinqton Rusiyanın 35 diplomatına Amerikanı tərk etməsi üçün 72 saat vaxt verib.