Balakəndə ev yanıb

31 Dekabr 2016 10:30 (UTC+04:00)

Balakən rayonunda ev yanıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Gərəkli kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan birmərtəbəli 10 otaqlı evin mətbəxinin tavanı 16 kv.msahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.