Lənkəranda avtomobil aşdı
25 Yanvar 2013 12:29 (UTC+04:00)
Ötən gecə Lənkəran–Lerik yolunun 10-cu km-də, Lənkəran rayonunun
Qurumba kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Lerik rayonu istiqamətində hərəkətdə olan 35 yaşlı Vüqar Ağayev
idarə etdiyi "Mercedes" markalı avtomaşını qarşı yolda hərəkətsiz
dayanan 49 yaşlı Polad Qurbanova məxsus "Qazel" markalı yük
avtomaşınına çırpıb. Zərbənin gücündən "Mercedes" markalı avtomaşın
aşıb, "Qazel" isə toqquşma yerindən bir neçə metr kənara düşüb.
Hadisə yerinə ilk olaraq yaxınlıqdakı çayxanada olan insanlar
gəlib. Hadisə şahidlərinin köməkliyi ilə "Mercedes"də olan yaralı
maşından çıxarılıb və Lənkəran regional Müalicə Diaqnostika
Mərkəzinə çatdırılıb.