Suriyanın şimalında onlarla terrorçu məhv edilib

31 Dekabr 2016 17:15 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" antiterror əməliyyatı davam edir.

Movqe.az-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində 23 İŞİD terror qruplaşmasının üzvü məhv edilib.

Məlumata əsasən, Bab, Sulfaniya, Kəbr əl-Mülki, Bzaqa, Tadif və Abu Cabbar rayonlarında İŞİD-in 12 hədəfi məhv edilib.

Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı bu ilin avqust ayının 24-dən aparılır.